İdman
Pul “Kral klubu”nu yoldan çıxardı: Beyli satırlar
“Mançester Yunayted” mövsümün sonunda dünyanın ən bahalı keçidini rəsmiləşdirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, “Real” “Qırmızı şeytanlar”ın Qaret Beyllə bağlı təklifini qəbul etmək qərarına gəlib.
Uelsli vinqer Madridə Londondan 91 milyon avro qarşılığında gəlmişdi. Gələn gündən müntəzəm qollar vuran Beyl İspaniya nəhənginin aparıcı futbolçularından birinə çevrilməyi bacardı. Amma baş məşqçi Karlo Ançelotti ondan tam razı deyil.
Qaret meydanda eqoistliyiylə diqqət çəkir, əlverişli epizodlarda ötürmə vermək əvəzinə özü zərbə vurmağa çalışır və bəzən qol vəziyyətini batırır. Bu isə həm məşqçilər korpusunun, həm də azarkeşlərin haqlı narazılığına səbəb olur.
Həm də onsuz da “Real”da ulduzlar kifayət qədərdi. Rəhbərlik yaxşı məbləğ müqabilində bombardirlərindən birini satmağın əleyhinə olmaz.
MY uzun illərdir Beylə maraq göstərir. Hələ “Tottenhem”də oynayarkən onu transfer etməyə cəhd göstərilmişdi. Amma mankunianların istəyi baş tutmamışdı. İndi MY “Real”a 150 milyon funtluq təklif göndərməyə hazırlaşır. Məhz bu təklifdən sonra Madrid klubunun bosslarını yumşaldıb.
Yeri gəlmişkən, “Kral klubu” artıq Beylə əvəz axtarmağa başlayıb. Əsas namizəd isə Dortmund “Borussiya”sının lideri Marko Roysdur. Onun transferinə Beylin qiymətinin çox cüzi hissəsi sərf olunacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!