• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əfsanəvi idmançımız Prosineçki ilə görüşdü - FOTO

  • İdman
  • 13 Yanvar 2015 18:33
  • 1 145 Baxış
Əfsanəvi idmançımız Prosineçki ilə görüşdü - FOTO

İkiqat paralimpiya çempionu cüdoçu İlham Zəkiyev futbol üzrə milli komandamızın baş məşqçisi Prosineçki ilə çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb.

Əfsanəvi idmançımız millimizin çalışdırıcısı ilə tanınmış idman malları satılan mağazaların birində rastlaşıblar.

Bu barədə Publika.az-a açıqlamasında idmançının özü məlumat verib:

“Dünən idman malları satılan mağazada idik. Həmin yerdə görüşdük. Elə orada da tanış olub bir neçə dəqiqə söhbət etdik”.

Xatırladaq ki, İlham Zəkiyev bu il keçiriləcək İlk Avropa Oyunlarında mübarizə aparmaq üçün seçilib. Əfsanəvi idmançı davamlı məşqlərlə formasını qorumağa çalışır. İkiqat paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu aktivinə növbəti titulunu yazdırmaq niyyətindədir.

Zəkiyev qələbəsinə ən çox inanılan idmançılarımızdandır. Demək olar ki, hər yarışdan medalla qayıdan cüdoçumuz iştirak edəcəyi Bakı-2015 haqda belə danışmışdı: “Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin təmsilçisi kimi seçilmək mənim üçün böyük şərəfdir və ümid edirəm ki, ilk çempion kimi tarixə düşəcəyəm”. (http://publika.az/p/56983)

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR