Plastik əməliyyatdan sonra ölümdən döndü - FOTO
Bizi izləyin

İdman

Plastik əməliyyatdan sonra ölümdən döndü - FOTO

Kriştiano Ronaldonun sabiq sevgilisi, məşhur braziliyalı model Andressa Urak ölümdən dönüb.

Publika.az xəbər verir ki, yanbızını böyütmək arzusu az qala ona həyatı bahasına başa gələcəkdi.

2012-ci ildə ən yaxşı yanbıza malik gözəlçə yenidən plastik əməliyyat keçirmək istəyərkən həkimlər səhvə yol verib. Toksik hidrogelin normadan çox olması Urakın vəziyyətini pisləşdirib. Dərhal intensiv terapiya şöbəsinə yerləşdirilən braziliyalı model süni nəfəs aparatına qoşulub. Urakın anası “Tvitter” vasitəsiylə tez-tez qızının səhhətiylə bağlı açıqlama versə də, onun müalicəsinin uzun çəkəcəyi bildirilir.

Andressa Ronaldoyla aralarındakı gizli intim münasibət haqda sensasiyalı açıqlamasından sonra bir andaca məşhurlaşmışdı. O, portuqaliyalı futbolçunun özünün onunla əlaqə yaratdığını iddia etmişdi. Ronaldo isə Urakın dediklərini təkzib etmişdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm