• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Qardaşlar”ın oyunu ilə bağlı şübhə-“Topaz” pul qoyuluşunu dayandırdı

  • İdman
  • 14 Fevral 2014 12:56
  • 1 238 Baxış
“Qardaşlar”ın oyunu ilə bağlı şübhə-“Topaz” pul qoyuluşunu dayandırdı

Bu gün Azərbyacan Premyer-Liqasının 21-ci turu çərçivəsində Zaqatalada “Simurq”-“İnter”i qəbul edəcək. Futbol ictimaiyyəti arasında bu oyunla bağlı müxtəlif söz-söhbətlər gəzir.

İddia olunur ki, “Simurq” bilərəkdən “İnter”ə məğlub olacaq. Publika.az xəbər verir ki, artıq “Topaz” məntəqələrində bu oyuna pul qoyuluşu qəbul olunmur.

“Topaz”ın elektron varinatı olan Etopaz.az saytında “Simurq”-“İnter” qarşılaşmasının əmsalları ümumiyyətlə açıqlanmayıb. Bu da istər-istəməz şübhələrə yol açır.

Azərbyacan çempionatının rəsmi sponsoru olan “Topaz”ın bu gün keçiriləcək yeganə qarşılaşmaya pul qoyuluşu qəbul etməməsinin səbəbi, kontorun bu qarşılaşmanın nəticəsindən şübhələnməsi ola bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR