• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Hakimlər bir dəqiqəlik sükutla başladılar

  • İdman
  • 14 Yanvar 2015 10:23
  • 269 Baxış
Hakimlər bir dəqiqəlik sükutla başladılar

Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına dünən start verilib.

Publika.az xəbər verir ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərlik etdiyi ilk nəzəri məşğələ bir dəqiqəlik sükutla başlanıb. Ədalət təmsilçiləri bir neçə gün öncə avtomobil qəzasında dünyasını dəyişən futzal üzrə FİFA referisi Xəlil Hüseynlinin xatirəsini anıblar.

Məşğələ zamanı çıxış edən X.Məmmədov bildirib ki, Antalya toplanışı hakimlərin hazırlığı baxımından çox önəmlidir.

Yeri gəlmişkən, FİFA təlimatçısı Aleksey Spirin azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında iştirak edəcək. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

Məmmədov bildirib ki, FİFA təlimatçısı yanvarın 21-dən 26-dək hakimlərimizin hazırlığını müşahidə edib, məsləhətlərini verəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR