Ölkə başçısından alicənab addım: kasıblara bilet hədiyyə etdi
Bizi izləyin

İdman

Ölkə başçısından alicənab addım: kasıblara bilet hədiyyə etdi

17 yanvar - 8 fevral aralığında Afrika Millətlər Kuboku keçiriləcək. “Qara qitə”də yaşayış tərzini nəzərə alsaq, avropalılardan fərqli olaraq, heç də hər azarkeş sevimli komandasını dəstəkləməyə gedə bilmir. Amma təşkilatçı ölkə Ekvatorial Qvineyanın prezidenti Teodor Obianq Nqema başqa məmurlara da nümunəvi olan addım atıb.

Publika.az xəbər verir ki, ölkə başçısı öz cibindən müəyyən miqdarda bilet alaraq azarkeşlərə hədiyyə edib.

“Biz turnirdə stadionları doldurmaq üçün əlimizdən gələni etməliyik. Qoy bütün imkanlı şəxslər kasıblara bacardığı qədər əl tutsun” - deyə Nqema bildirib.

Deyilənə görə, prezident biletlərə təxminən 30 min avro xərcləyib.

Xatırladaq ki, Ekvatorial Qvineya Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək. Turnir Mərakeşdə keçirilməli idi. Amma ebola virusu üzündən ölkə rəhbərliyi təşkilatçılıqdan imtina etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm