Volkan Dəmirəl "Xəzər Lənkəran"ın düşərgəsində
Bizi izləyin

İdman

Volkan Dəmirəl "Xəzər Lənkəran"ın düşərgəsində

Dünən Antalyada "Xəzər Lənkəran" rəhbərliyi ilə klubun keçmiş baş məşqçisi Oğuz Çətin arasında görüş keçirilib.

Publika.az xəbər verir ki, klub prezidenti Mais Mənsimov "Xəzər Lənkəran"da hər kəsin Oğuz Çətinin gəlişinə sevindiyini və onun komanda üçün doğma şəxs olduğunu vurğulayıb. Oğuz Çətin isə "Xəzər Lənkəran"ı ziyarət etməkdən məmnunluq hissi duyduğunu bildirib.

Qeyd edək ki, görüşə həmçinin Türkiyə yığmasının qapıçısı Volkan Demirəl də qatılıb. Rəhbərliklə görüşdükdən sonra Oğuz Çətin komandanın futbolçuları ilə də görüşüb.

Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün növbəti yoxlama oyununu keçirəcək. "Ağ-yaşıllar" Almaniyanın 3-cü liqa təmsilçisi "Çemnitser"lə qaşılaşacaq. Qarşılaşma Bakı vaxtıyla saat 17:00-da başlayacaq və "Xəzər Lənkəran" TV vasitəsilə canlı yayımlanacaq.

Cənublular Antalyadakı ilk yoxlama oyununda Türkiyənin "Tekirdağ" klubuyla 2:2 bərabərə qalmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm