“Yuventus” və “Fənər”də məşhurlaşan futbolçu karyerasını başa vurdu
Bizi izləyin

İdman

“Yuventus” və “Fənər”də məşhurlaşan futbolçu karyerasını başa vurdu

Vaxtilə dünyanın ən yaxşı dayaq yarımmüdafiəçilərindən sayılan Stefan Appya futbolla vidalaşıb.

Publika.az xəbər verir ki, “Yuventus” və “Fənərbağça”dakı çıxışlarından tanıdığımız qanalı futbolçu 34 yaşında karyerasını başa vurmağa qərar verib. Xəbəri yazılı şəkildə çatdıran Appya üzüldüyünü də gizlətməyib:

“Futbolla vidalaşacağım günün çatmasını heç istəməzdim. Çünki bu oyun mənim həyatımdır. Ölkəmə ən yaxşı şəkildə xidmət etdiyim üçün təqaüdə mənəvi cəhətdən rahat yollanıram. Futbolun sayəsində Qananın kasıb bir nümayəndəsi Akkranın qumluğundan başlayıb Turinin yaşıl zəmilərində inkişaf edərək dünya çapında məşhur birinə çevrildi”.

Karyerası boyunca ona dəstək olanlara təşəkkürünü çatdıran 34 yaşlı qanalı bundan sonra da futbolun içində qalmaq istədiyini qeyd edib.

Futbola 1995-ci ildə Qananın “Hart of Oak” klubunda başlayan Appya İtaliyada “Udineze”, “Parma”, “Breşiya”, “Yuventus”, “Bolonya”, “Çezena” və Türkiyədə “Fənərbaxça”nın formasını geyinib. 2005-ci ildə Turindən İstanbula gələn Stefan 3 il şərəfini qoruduğu “Fənər”lə bir Superliqa çempionluğunun və bir Türkiyə superkubokunun sevincini yaşayıb.

Sonuncu dəfə 2012-ci ildə Serbiyanın “Voyvodina” klubunda top qovan yarımmüdafiəçi sonradan heç bir klubda oynamayıb.

Bir müddət kapitanlıq sarğısını daşıdığı Qana millisində 69 oyun keçirib və 16 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm