• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Oğlu ən böyük rəqibinin fanatıdır - “Tanrı hər şeyi görür”

  • İdman
  • 14 Yanvar 2015 21:25
  • 553 Baxış
Oğlu ən böyük rəqibinin fanatıdır - “Tanrı hər şeyi görür”

"Qızıl Top"un köhnə-yeni sahibi Kristiano Ronaldo gələcək hədəflərindən danışıb.

Publika.az xəbər verir ki, FİFA-nın rəsmi saytına açıqlama verən ulduz futbolçu gələn mövsüm də mükafatı özündə saxlamaq, başqa sözlə, ardıcıl 3-cü dəfə (ümumilikdə 4-cü) “Qızıl top”u qazanmaq niyyətində olduğunu bildirib.

  • “Bu mükafatı qazanmaq üçün nə qədər çox çalışdığımı xatırladım və duyğulandım. "Real"dakı komanda yoldaşlarıma, klubuma və portuqaliyalılara təşəkkür borcluyam. "Qızıl Top" bu il gözəl mövsüm keçirdiyimizi sübut edir. Bu mükafat həmçinin 2015-ci ilə də eyni motivasiyayla hazırlaşmağımız üçün vacibdir. Təbii ki, mükafatı yenidən qazanmaq istəyirəm”.
  • “Düzünü deyim ki, bu cür uğurlu olmağı gözləmirdim. Hər şey çox sürətlə oldu və bu səviyyəni qorumaq həqiqətən də çox çətindir. Səkkiz mövsümdür ilin rəmzi komandasına düşdüyümə və hər il ən yaxşı 3 futbolçu arasında yer aldığıma görə qürur duyuram. Çünki bu, az insanın bacara biləcəyi bir şeydir. Mən və Messidən başqa beləsinin olduğunu düşünmürəm. Bu həqiqətən də çox vacib uğurdur”.
  • “Gördüyüm işlərə və uğurlarıma görə futbol tarixində nə qədər yerim olsa da, hələ də unudulmazlar sırasında deyiləm. Bütün dövrün ən yaxşıları arasında mənə də bir səhifə ayrılacağını düşünmək məni xoşbəxt edir”.
  • "29 yaşındayam, amma özümü hələ 25 yaşındakı kimi hiss edirəm. Bundan sonra da 5-7 il yüksək səviyyədə oynamağı planlaşdırıram. Təbii ki, illər keçdikcə özümü necə hiss etməyimə, motivasiyama və komandaya faydalılığıma görə dəyişə dilər”.
  • “Milli komandada ötənilki performansımdan peşman deyiləm. Çempionlar Liqasının finalında zədələndim, bundan sonra iki həftə dincəldim. Çünki ağrılarım var idi və bu vəziyyət mundialda oynaya bilməyimə əngəl yaradırdı. Baş məşqçiyə, komandaya məni çağırmamalarını söyləyə bilər, heç nəyi düşünmədən, fikir etmədən tətilə davam edə bilərdim. Bu mənim üçün asan variant olardı və heç kim turnirdə oynamadığım üçün mənə qarşı nəsə deməzdi. Az adam bilir ki, oyunlar zamanı tam sağlam deyildim. Bütün bu fədakarlığım, alın tərim və əziyyətim sayəsində uğurlara imza ata bildim. Tanrı hər şeyi görür və ötən mövsümün ən yaxşısı olduğum üçün buradayam”.

Qeyd edək ki, mükafatlandırma mərasimindən öncə baş verən bir hadisə də diqqətlərdən yayınmayıb. Təqdimatdan əvvəl Kriştiano Ronaldo ilə Lionel Messi arasında maraqlı bir söhbət olub. Ronaldo Messinin pərəstişkarı olan oğlunu argentinalı futbolçunun yanına göndərib. Təəccüblənən Messi isə Ronaldonun oğlunun əlini sıxaraq əhvalını soruşub. Bundan sonra Ronaldo Messiyə belə deyib: “İnternetdən həmişə sənin görüntülərini izləyir və evdə həmişə səndən bəhs edir”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR