“Birlik kuboku” bizlik deyil
Bizi izləyin

İdman

“Birlik kuboku” bizlik deyil

Yanvarın 16-25-də keçiriləcək “Birlik kuboku”nda Azərbaycan təmsil olunmayacaq.

Publika.az xəbər verir ki, turnirin təşkilat komitəsi ölkəmizə dəvət göndərsə də, müsbət cavab almayıb.

Rusiya mətbuatına açıqlama verən yarışın direktor müavini İqor Kiselev bildirib ki, “Birlik kuboku”na MDB ölkələrindən bəziləri qatılmayacaq. Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan və Özbəkistan da rəsmi şəkildə turnirdə iştirakdan imtina edib: “Ukraynanın təklifə cavab verməməsi onların da sayca 23-cü turnirə qatılmayacağını deməyə əsas verir”.

MDB ölkələrinin turnirə marağının azaldığını nəzərə alan təşkilat komitəsi ümumilikdə 30 ölkəyə dəvət göndərib. Finlandiya və CAR turnirdə iştirak etməyə razılıq veriblər.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən keçirilən yarışda iştirakdan ardıcıl 4-cü ildir ki, imtina edir. Səbəb bu illərdə yarışın 21 yaşadək futbolçular arasında keçirilməsidi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm