“Qarabağ” azarkeşlərini rahatladan təkzib: Muarem heç yerə getmir
Bizi izləyin

İdman

“Qarabağ” azarkeşlərini rahatladan təkzib: Muarem heç yerə getmir

"Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin "facebook" sosial şəbəkəsində Ağdam klubunun azarkeşləriylə vidalaşdığını xəbər vermişdik.

Publika.az xəbər verir ki, Türkiyənin "Əskişəhərspor" klubuna keçəcəyi gündəmdə olan futbolçunun "facebook" səhifəsində üzərində "Həyatımın ən gözəl anlarından biri olan "Qarabağ", qəlbimdə qalacaqsan. "Qarabağ" azarkeşləri, sizi unutmayacam. Bir gün yenə görüşəcəyik!" sözləri yazılan şəkil paylaşılıb.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Publika.az-la əlaqə saxlayaraq, Muaremin adından yazılan bu sözlərin düzgün olmadığını bildirib:

"Mən Muaremdən bu barədə soruşdum. O dedi ki, belə bir şeydən xəbəri yoxdu. Muaremin adına açılmış çoxlu belə səhifələr var. Amma sırf futbolçunun özünə aid olan səhifədə belə bir yazı yerləşdirilməyib. Bu sözləri kimsə Muaremdən xəbərsiz, onun adından yazıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm