“Real”ın möhtəşəm yeni transfer kampaniyası
Bizi izləyin

İdman

“Real”ın möhtəşəm yeni transfer kampaniyası

İspaniya çempionatında işləri qaydasında gedən “Real” yenə futbol ictimaiyyətini heyrətləndirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, klub rəhbərliyinin yeni transfer siyahısı Madrid inçadasını mütləq həyəcanlandıracaq. Çempionlar Liqasının son qalibi superheyətə malik olsa da, transferlərə doymur.

Son günlər “Yuventus”un gənc yarımmüdafiəçisi Pol Poqbanın adı tez-tez “Real”la yanaşı hallanır. Turin klubunda ən yaxşı mövsümlərindən birini keçirən fransız futbolçu hazırda öz mövqeyində dünyanın ən yaxşılarından hesab olunur. 20 yaşlı istedadlı dayaq yarımmüdafiəçisinin qiyməti də az deyil.

PSJ, “Çelsi” və “Mançester Siti”nin də arxasınca “süründüyü” futbolçunun keçidi üçün “Real”ın ayırdığı büdcə çox böyükdür. O qədər böyükdür ki, digər namizədlər maliyyə feyr-pleyinə görə həmin məbləğə yaxın düşə bilmir. Madridlilər Poqbaya görə 90 milyon avrosundan keçməyə hazırdır.

“Real”ın növbəti planı Qaret Beylin satışından asılı olacaq. Uelsli vinqerlə vidalaşsa, onun transferindən qazanılan pulun yarısına Marko Roys (Borussiya D) və Rahim Sterlinq (Liverpul) alınacaq.

Bundan başqa, “Kral klubu” qapıçılar arasında rəqabəti artırmağı da düşünür. Bu mövqe üçün “Tottenhem”in qapıçısı Uqo Lloris hədəfə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm