Qadın olduğunu sübut etmək üçün lüt soyundurdular - VİDEO
Bizi izləyin

İdman

Qadın olduğunu sübut etmək üçün lüt soyundurdular - VİDEO

Ekvatorial Qvineya millisinin üzvü Genoveva Anonma çətin şərtlə qarşılaşıb.

Publika.az xəbər verir ki, ölkənin futbol federasiyası onun qadın olduğunu sübuta yetirmək məcburiyyətində qalıb. Bunun üçün qadın futbolçu soyunmağa məcbur olub.

27 yaşlı hücumçunun özü bu barədə "BBC Sport"a danışıb. O, özünə qarşı edilən bu hərəkəti alçaqlıq adlandırıb:

"2008-ci ildə Afrika Futbol Konfederasiyasının üzvləri və millinin futbolçuları qarşısında soyunmalı oldum. Bu, mənə qarşı alçaldıcıdır. Əhvalım çox pozulmuşdu. Özümü çox pis hiss edirdim və dayanmadan ağlayırdım. Bu vəziyyət mənim qürurumu qırdı. Amma vaxt keçdikcə bu psixoloji sarsıntını unutdum”.

Qeyd edək ki, Genoveva Anonma 2002-ci ildən Ekvatorial Qvineya yığmasında çıxış edir. O, milli komanda forması ilə çıxdığı 32 oyunda 18 qol vurub. Hücumçu 2012-ci ildə Afrikanın ən yaxşı qadın futbolçusu sayılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm