Messi üçün fantastik məbləğ - Bu təklifə heç kim “yox” deməz - VİDEO
Bizi izləyin

İdman

Messi üçün fantastik məbləğ - Bu təklifə heç kim “yox” deməz - VİDEO

İngiltərə Premyer Liqasının son çempionu "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrininin ulduz futbolçu Messi haqqında dediyi sözlər mətbuatda bəzi fikirlərin yaranmasına səbəb olub.

Publika.az xəbər verir ki, çilili mütəxəssis Messinin transferi ilə bağlı belə danışıb:

“Transfer dönəmlərində Messi kimi dünyanın ən yaxşı oyunçusuyla adımızın hallanması çox normaldır. Çünki biz ulduz futbolçuları heyətimizə qata biləcək gücə sahibik”.

Bundan sonra məşhur “The Sun” qəzeti manşetində verdiyi xəbərlə gündəm yaradıb. Qəzetdəki xəbərdə təcrübəli mütəxəssisin “Messini ala bilərik” fikrindən istifadə edilib və ulduz futbolçuya fantastik qiymət qoyulub. Argentinalı ulduz üçün Mançester klubunun təxminən 480 milyon funtdan (603 milyon avro) keçəcəyi deyilir.

Digər məlumata görə, ərəblərin sponsorluq etdiyi “Barselona” Messini itirərsə, onu millidəki komanda yoldaşı Serxio Aquero ilə əvəzləyə bilər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm