İdman
Fransızlar futbol təsərrüfatını ələ keçirmək istəyir
Fransa yığmasının keçmiş yarımmüdafiəçisi David Jinola FİFA prezidenti postuna namizədliyini irəli sürmək niyyətindədir.
Publika.az xəbər verir ki, seçkilərdə iştirak etmək üçün Jinola beş federasiyanın dəstəyini almalı və futbolun inkişafı ilə bağlı fəallığını sübut etməlidir.
47 yaşlı fransız DÇ-2018-in seçkiləri zamanı İngiltərənin səfiri olub. FİFA prezidenti seçkilərində iştirak etmək istəyənlərin ərizəsi yanvarın 29-dək qəbul olunacaq.
Jinola karyerası ərzində PSJ, "Aston Villa", "Tottenhem", "Nyukasl" və "Brest" kimi klublarda oynayıb. O, Fransa yığmasında keçirdiyi 17 oyunda 3 qol vurub.
David "Frans futbol"un sorğusuna görə, 1994-cü ildə Fransada ilin ən yaxşı futbolçusu seçilib. 1999-cu ildə isə Peşəkar Futbolçular Assosiasiyasının keçirdiyi sorğuya əsasən, İngiltərə çempionatının ən yaxşı futbolçusu olub.
Mişel Platinin UEFA prezidenti olduğunu nəzərə alsaq, gələcəkdə futbolu fransızların idarə etmək şansı yüksəkdir.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı