ABŞ-da tarixə düşəcək stadion tikilir - VİDEO
Bizi izləyin

İdman

ABŞ-da tarixə düşəcək stadion tikilir - VİDEO

ABŞ-da idman sahəsində ən çox diqqət yetirilən sahə infrastrukturdur.

Publika.az xəbər verir ki, Amerikanın idman rəsmiləri idmançılarından uğur tələb etməmişdən öncə, onlara şərait yaratmağı özlərinə borc bilirlər. Onların bu addımı həm nüfuz, həm də marketinq baxımından uğurlu olur.

Bu ölkədə hər idman növünə görə ayrıca arenalar tikilmir. Amerikalılar bir-birinə bənzər olan idman növlərinə uyğun komplekslər, stadionlar inşa edir.

Buna misal olaraq, hazırda inşa edilən "Yeni Atlanta" idman-konsert kompleksini göstərmək olar. Bu arenada üç idman növü (Amerika futbolu, basketbol, futbol) üzrə yarışlar keçiriləcək. Burda eyni zamanda, əyləncəli mərasimlər də təşkil etmək mümkün olacaq.

ABŞ-ın Milli Futbol Liqasında mübarizə aparan (söhbət Amerika futbolundan gedir) "Atlanta Falkons" klubuna məxsus olan stadionun xarici görkəmi göz oxşayır. Mütəxəssislərin fikrincə, bu arena dünyada ilk belə kompleks kimi tarixə düşəcək. Nə qədər qəribə görünsə də, kompleks bir binadan ibarət olacaq. Burda stadion, mehmanxana, restoranlar, kafelər, trenajor zalı, komandaların məşq etməsi üçün zallar və digər ictimai obyektlər yer alacaq.

Arenanın dam örtüyünün də özünəməxsus xüsusiyyəti var. Belə ki, stadionun üstü qısa zaman ərzində həm örtülə, həm də açıla biləcək. Dam örtüyü üstü açıq olduğu zaman dairəvi istiqamətdə hərəkət edəcək. Bu, həm gözəl görüntü, həm də isti havalarda stadionun normal temperaturda qalması baxımından önəmlidi.

"Yeni Atlanta" idman-konsert kompleksi 2016-cı ilin əvvəllərində istifadəyə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm