Ağlı topuğunda yox, başında olan “uzundrazlar” - FOTOLAR
Bizi izləyin

İdman

Ağlı topuğunda yox, başında olan “uzundrazlar” - FOTOLAR

Basketbol dünyada ən populyar idman növlərindən biridir. Basketbolu oyun həyəcanı ilə yanaşı, həm də idmançıların qeyri-adi boya malik olması da populyar edir. El arasında zarafatla “uzunun ağlı topuğunda olar” deyirlər. Ancaq dünya idmanında “ağlı topuğunda olan” elə uzunlar var ki, pərəstişkarlarının sayı-hesabı yoxdur... Zarafat bir yana, tam əminliklə demək olar ki, bu uzunların ağlı topuqlarında yox, başlarındadır. Çünki basketbolu gözəl oynamaq üçün təkcə uzun boy yox, həm də ağıl tələb olunur. Özü də topuqda yox, başda olan ağıl.

Publika.az dünya basketbol tarixinin ən uzun idmançılarını təqdim edir. Ağlı topuğunda yox, başında olan uzunları.

SSRİ-nin ən uzun adamı - “Cəsur dərzi”

Keçmiş SSRİ-nin ən ucaboy basketbolçusu Aleksandr Sizonenko. Onun boyu, demək olar ki, 2,5 metr təşkil edirdi. Daha dəqiq desək, 2 metr 45 santimetr. Özü də o, vaxtilə iki titul daşıyırdı: Ən ucaboy basketbolçu və ən uzun insan.

Oyun qurucusu mövqeyində çıxış edən Sizonenko Leninqrad “Spartak”ında oynayıb. O, SSRİ yığmasına düşməyə də namizəd olub. Lakin mütəxəssislər sürətli oyun zamanı uca boyunun ona mane olacağını nəzərə alıb, Aleksandrı yığmaya dəvət etməyiblər. Buna görə də o, SSRİ yığmasında çıxış edə bilməyib.

Sizonenko özünü kinoda da sınayıb, “Cəsur dərzi” filmində çəkilib.

Federiko Fellininin Liviyada tapdığı “uzundraz”

Afrikalı basketbolçu Süleyman Əli də Aleksandr Sizonenko boyda idi - 2 metr 45 santimetr. Əli Liviya milli komandasının üzvü idi. O da sovet ittifaqından olan həmkarı kimi kinoya çəkilməyə imkan tapmışdı. Ozü də Federiko Fellininin filmində. Təəssüf ki, sağlamlığında yaranan problemlər onu hətta əməliyyat masasına uzanmağa da məcbur etmişdi. Bu səbəbdən Əlinin karyerası o qədər də parlaq alınmamışdı. Basketbolçu cəmisi 47 il yaşadı və 1991-ci ildə dünyasını dəyişdi.

7 fut, 7 düymlük rumın

2 metr 31 santimetr boya malik olan Georgi Muraşen əslən Rumıniyadandır. Onun karyerasının başlanğıcı Fransanın “Po-Ortez” klubu ilə bağlıdır. O, bu klubda 1992/93 mövsümündə çıxış edib. Bundan sonra Mureşan okeanın o tayını fəth etmək qərarına gəlib. 1993-cü ildə draftın ikinci mərhələsində onu 30 nömrə altında “Baltimor Bullets” klubu seçib. Muraşem okeanın o tayında “Hets Nyu-Cersi” komandasında çıxış edib. 2 metr 31 santimetr boyuna görə (7 fut, 7 düyüm), o, 77 nömrəli forma geyirdi. Muraşem MBA karyerasında tez-tez zədələnməklə yadda qalıb.

“Çinlilər qısaboyludur” anlayışını alt-üst edən şəxs

Çinli Sun Min Əli Süleymandan 5 santimetr qısadır. Onun boyu 2 metr 40 santimetrdir. 5 santimetr qısa olması Suna karyera qurmağa və populyar olmağa mane olamyıb. Sun Min Min “çinlilər qısaboyludur” anlayışını alt-üst edən şəxs kimi də tanınır. Uca boyuna baxmayaraq, Suna MBA-da çıxış etmək nəsib olmayıb. Mütəxəssislər onun hazırlıq səviyyəsini MBA-da oynamaq üçün qənaətbəxş hesab etməyiblər. Qeyd edək ki, Sun Min Minin boyu daha uca ola bilərdi. Həkimlər yalnız əməliyyat etməklə onun uzanmasının qarşısını ala biliblər.

Okeanın o tayında “itən” rus

Müasir Rusiya basketbolunun ən ucaboy idmançılarından biri Pavel Podkolzindir. 2,26 metr boya malik idmançı “Novosibirsk”in şərəfini qoruyur. İtaliyanın “Vareze” klubunda da oynamağa imkan tapmış basketbolçunu draft zamanı 21 nömrə altında “Yuta Caz” seçmiş və dərhal da onu “Dallas”a satmışdı. Okeanın o tayında məşqçilər rusiyalı basketbolçudan oyun qurucusu kimi yararlanmaq qərarına gəldilər. Unikal bədən quruluşuna malik olan Paveldə bu yöndə heç nə alınmadı. Ona görə də basketbolçu 2006-cı ildə Rusiyaya qayıtdı, “Ximki”də çıxış etdi. Bundan sonra o, bir neçə dəfə bu komandadan o komandaya keçdi və nəticədə “Novosibirsk”də məskunlaşdı.

Okeanı keçən ilk SSRİ-li

2,22 metr boya sahib litvalı uzundraz - Arvidas Sabonis keçmiş SSRİ çempionatından okeanın o tayına adlayan ilk basketbolçu olub. Sabonis MBA-da meydana çıxdığı oyunlarda halqa altında özünü ən yaxşı tərəfdən göstərə bildi. Üstəlik, o, hədəfə düşməkdə də yüksək məhsuldarlıq nümayiş etdirirdi. Sabonisin şəxsi muzeyində saysız-hesabsız komanda və fərdi mükafatlar var. Bundan başqa, o, FİBA-nın “Şöhrət Zalı”nın üzvüdür. 2011-ci ildə onu Neysmitin şərəfinə yaradılmış zala qəbul etdilər. Bu zalda o, boyunun uzunluğuna görə, təkcə Ralf Sempsona uduzur.

3 ölkənin şərəfini qoruyan “uzundraz”

2,30 metr boya malik çernoqoriyalı basketbolçu Slavko Vraneş 1983-cü ildə anadan olub. O, MBA tarixinin ən hündür basketbolçularından biridir. Bu göstəricidə üçüncüdür. Maraqlı odur ki, Vraneş karyerası ərzində 3 ölkənin şərəfini qoruyub, İran, Serbiya və Türkiyə yığmalarında çıxış edib. 2003-cü ildə “Nyu-York Niks” 39 nömrə altında onu draft edib. Həmin ilin dekabrında Slavko “Portlend”ə keçib. Burda isə yalnız bir oyunda meydana çıxıb. Hazırda “uzundraz” Serbiyanın “Metalas” klubunda çıxış edir.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm