Arsen Venger "Qalatasaray"ın təklifini rədd edib - Açıqlama
Bizi izləyin

İdman

Arsen Venger "Qalatasaray"ın təklifini rədd edib - Açıqlama

"Qalatasaray" "Arsenal"ın futbolçusu Joel Kempbell üçün etdiyi təklifə "yox" cavabı alıb.

Komanda.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Joakim Batika məlumat verib.

Batika bildirib ki, kosta-rikalı yarımmüdafiəçiylə "Qalatasaray"la yanaşı, "Benkifa" da maraqlanıb:

"Benkifa" Kempellə görə "Arsenal"a təklif göndərmişdi. Amma İngiltərə klubu bu təklifi geri çevirdi. Daha sonra "Qalatasaray" da futbolçumuza görə müraciət etdi. Lakin Türkiyə klubunun Kempbelli çox ucuz bir məbləğ qarşısında icarəyə götürmək istəyi "Arsenal"ın baş məşqçisi Arsen Venger tərəfindən rədd edildi".

Menecer bildirib ki, "Qalatasaray" "Arsenal"a yüksək məbləğli təklif göndərsə, 22 yaşlı Kempbell Türkiyədə oynaya bilər:

"Türkiyə variantı bizə maraqlı gəlir. Amma "Qalatasaray"ın təklif etdiyi məbləğ çox aşağıdı. Bir az daha yaxşı pul təklif edərlərsə, "Arsenal" Kempbellin Türkiyədə oynamasına razılıq verə bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm