Bu dəfə hakim futbolçunu nokauta saldı - VİDEO
Bizi izləyin

İdman

Bu dəfə hakim futbolçunu nokauta saldı - VİDEO

Hollandiyanın həvəskar liqasında maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, “Zanbaqlar ölkəsi”nin səviyyəcə üçüncü çempionatı sayılan Topklassda matçın baş hakimi futbolçunu nokauta salıb.

Adətən, futbolçuların ədalət təmsilçilərinə hücum çəkdiyinin şahidi oluruq. Bu dəfə isə futbolçu hakimdən yumruq “yeyib”. Amma hadisə istəmədən baş verib.

“Barendrext” - “Şeveninqen” qarşılaşmasında epizodların birində hakim kiçik qayda pozuntusuna görə oyunu dayandırmaq istəməyib. Əllərini açaraq “avantaj” işarəsini verərkən arxadan gələn futbolçunu görməyib. Zərbənin təsirindən huşunu itirən Mitçell Van Qastel meydanı xərəkdə tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm