Messi Ronaldonu daban-dabana izləyir - VİDEO
Bizi izləyin

İdman

Messi Ronaldonu daban-dabana izləyir - VİDEO

İspaniya La Liqasının 19-cu turunda “Barselona”nın “Deportivo”nu 4:0 məğlub etdiyi matçda Messi Kataloniya klubu ilə çıxdığı rəsmi qarşılaşmalarda 30-cu dəfə het-trikə imza atıb.

Publika.az xəbər verir ki, Messi bu matçda 10, 33 və 62-ci dəqiqələrdə qol vuraraq komandasının qələbəsinin memarı olub.

27 yaşlı ulduz futbolçu La Liqadakı het-trik sayını 22-yə yüksəldərək, Alfredo Di Stefano və Telmo Zarraya çatıb.

Hələ ki, İspaniya çempionatında ən çox het-trik edən futbolçu adı "Real"ın ulduzu Kriştiano Ronaldoya məxsusdur. Onun aktivində 23 het-trik var.

La Liqada 19 turdan sonra turnir cədvəlinə yenə “Real” başçılıq edir. “Kral klubu”ndan 1 xal geri qalan “Barsa” 2-ci pillədədir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm