Azərbaycanın ən bahalı futbolçusu Əfran İsmayılovdur? - SİYAHI
Bizi izləyin

İdman

Azərbaycanın ən bahalı futbolçusu Əfran İsmayılovdur? - SİYAHI

Azərbaycan təmsilçiləri Premyer Liqada yaranmış qış fasiləsindən yararlanaraq hazırlıqlarını davam etdirir. Lazımsız futbolçulardan canını qurtaran klublar heyətlərini yeni transferlərlə gücləndirir.

Publika.az xəbər verir ki, bu günə qədər 9 Premyer Liqa klubu 25 futbolçunun gedişini rəsmiləşdirib.

"Transfermarkt"ın hesablamalarına görə, indiyədək baş tutan transferlər arasında ən dəyərlisi Ruben Şakendir. "Feyenoord"dan "İnter"ə keçən Hollandiya yığmasının sabiq üzvünə 2 milyon avro qiymət qoyulub.

Siyahıda ikinci ən dəyərli futbolçu Dmitri Bezotosnıdır. "Qəbələ"nin "Çernomorets"dən transfer etdiyi qolkiperin 1,7 milyon avro dəyəri var.

"Qəbələ"nin "Çernomorets"dən gətirdiyi digər futbolçu Aleksey Qayla "Simurq"un Yunanıstanın "Erqotelis" klubundan transfer etdiyi Xuan Alvaradoya isə 800 min avro qiymət qoyulub.

Yerli transferlərdən ən dəyərlisi isə Əfran İsmayılovdur. "Xəzər Lənkəran"dan "İnter"ə keçən yarımmüdafiəçinin transfer qiyməti 400 min avrodur. "Xəzər Lənkəran"ı "Simurq"a dəyişən Elnur Abdullayevin isə 350 min avro dəyəri var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm