Klublarımızın sayı azaldı, reytinqimiz artdı - 6 pillə irəlilədik
Bizi izləyin

İdman

Klublarımızın sayı azaldı, reytinqimiz artdı - 6 pillə irəlilədik

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası milli çempionatların reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan çempionatı 37-ci sırada qərarlaşıb.

Premyer Liqanın hesabında 421 reytinq xalı var. Çempionatımız 6 pillə irəliləyib. Ötən siyahıda 43-cü olmuşduq.

Azərbaycan birinciliyi Polşa, Moldova, Serbiya, Estoniya, Danimarka və bir sıra başqa ölkələrin çempionatlarını qabaqlayıb.

İlk sırada İspaniya La Liqası qərarlaşıb - 1259 xal. İtaliya A seriyası ikinci (998), İngiltərə Premyer Liqası üçüncüdür (958). Rusiya Premyer Liqası 12-ci (653.5), Türkiyə Super Liqası 27-ci (519) olub.

Rusiya birinciliyi 4, Türkiyə çempionatı 14 pillə geriləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm