• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Qalatasaray”da böyük şok!

  • İdman
  • 21 Yanvar 2015 10:45
  • 542 Baxış
“Qalatasaray”da böyük şok!

Türkiyədə təşkil olunan “Royal Cup” turniri “Qalatasaray” üçün yaxşı bitməyib. Turnir zamanı İstanbul klubunun 3 futbolçusu - Burak Yılmaz, Semih Kaya və Koray Günter zədələnib.

Publika.az xəbər verir ki, Burak Yılmaz və Koray Günterin zədəsinin ciddi olduğu deyilsə də, Semihin vəziyyətinin müayinədən sonra bəlli olacağı qeyd edilmişdi. Artıq Semihin də durumuna aydınlıq gəlib.

23 yaşlı müdafiəçinin vəziyyətinin ağır olduğu deyilir. O, ayyarım futboldan uzaq qalacaq. Bərpa prosesinin 5-6 həftə çəkəcəyi deyilir.

Qeyd edək ki, klubun hücumçusu Yılmazın vəziyyətinin də çox ciddi olduğu deyilirdi. “Sarı-qırmızılar”ın “River Pleyt”lə matçında Burak 75-ci dəqiqədə zədələnərək meydanı tərk etmişdi. Eyni matçda zədələnən Koray Günterin əzələsində yırtıq aşkarlanıb. Klubun həkimi Yener İncə oyunçular haqda belə danışıb:

"Burak 3-4 həftə oynaya bilməyəcək. Amma biz bu müddəti qısaltmaq üçün əlimizdən gələni edəcəyik. Bir az daha yüngül olmaqla Korayın da bənzər zədəsi var. Ona da eyni metodu tətbiq edirik”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR