İtaliyada futbolçu itkin düşüb
Bizi izləyin

İdman

İtaliyada futbolçu itkin düşüb

"İnter"in və İtaliya millisinin hücumçusu Pablo Osvaldo itkin düşüb.

Publika.az xəbər verir ki, iki gündür klubun məşqlərinə qatılmayan futbolçudan heç bir məlumat yoxdur.

Sonuncu dəfə sosial şəbəkədə İspaniyaya getdiyini yazan futbolçu, həftəsonu "Espanyol"un şərəfini qoruyan dostu Kristian Alvareslə şəklini paylaşmışdı. Lakin daha sonra futbolçudan heç bir xəbər alınmayıb.

İtalyan futbolçu "Sautqempton"da çıxış edərkən də bu cür hərəkətlə yadda qalmışdı. "Müqəddəslər"in sırasını icazəsiz tərk edərək iki həftə məşqlərə çıxmadığına görə, "ağ-qırmızılar" onunla müqaviləni pozmuşdu.

Cari mövsümü icarə əsasında “İnter”də keçirən argentinaəsilli italyan futbolçu A seriyasında 12 oyuna çıxıb və aktivində 5 qol var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm