• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Neftçi” udur, “Qarabağ” çalışır, “Xəzər Lənkəran” məyus edir

  • İdman
  • 22 Yanvar 2015 11:34
  • 410 Baxış
“Neftçi” udur, “Qarabağ” çalışır, “Xəzər Lənkəran” məyus edir

Antalyada klublarımızın təlim-məşq toplanışları sona çatmaq üzrədir.

Publika.az xəbər verir ki, hazırlıq mərhələsini başa vuran klublarımız artıq yoxlama oyunlarında qüvvəsini sınayır.

"Qarabağ" dünən ikinci yoxlama oyununu keçirib. Qurban Qurbanov yetirmələrini İsveçrə klubu ilə oyunda sınayıb.

"Qarabağ" - "Süriх" oyunu 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın qoluna 81-ci dəqiqədə penaltidən zədəsini yeni sağaldan Reynaldo Silva imza atıb.

Qeyd edək ki, "Sürix" 1896-cı ildə yaradılıb. 119 yaşlı klub 12 dəfə İsveçrə çempionu, 8 dəfə ölkə kubokunun qalibi olub, 1963/64 və 1976/77 mövümlərində Çempionlar Liqasının yarımfinalında oynayıb. Hazırda Urs Mayerin başçılıq etdiyi komanda qış fasiləsinə ikinci pillədə yollanıb.

"Qarabağ" Antalyadakı ilk yoxlama oyununda Xorvatiyanın "RNK Split" klubuna 1:3 hesabı ilə məğlub olub. Qurban Qurbanov yetirmələrini yanvarın 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) oyunda sınayacaq.

Antalya. Yoхlama oyunu

21 yanvar

Qarabağ (Azərbaycan) - Süriх (İsveçrə) 1:1

Reynaldo Silva, 81-p - Marko Şkonbaxler, 45.

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" də dünən 4-cü yoхlama oyununu keçirib. Arif Əsədovun yetirmələri Ukrayna klubu “Volın”la qarşılaşıb. 7 qolun vurulduğu oyunda təmsilçimiz qələbə qazanıb - 4:3. "Neftçi"nin heyətində Denis Silva, Karlos Kardozo, Ruslan Qurbanov və Ernest Nfor fərqlənib.

"Volın" klubu 1960-cı ildə yaradılıb. Vitali Kvartsyanının başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb. Hazırda "Neftçi"nin əvəzedici komandasına başçılıq edən Samir Əliyev, həmçinin paytaхt klubunda həm futbolçu kimi oynamış, həm də məşqçi işləmiş Tərlan Əhmədovla Kamal Quliyev vaхtı ilə "Volın"ın formasını geyinib.

"Neftçi" bundan əvvəl Antalyada "Hajer"ə (Səudiyyə Ərəbistanı) qalib gəlib (3:1), "Ərciyəsspor"la (Türkiyə) heç-heçə oynayıb (0:0), "Elazığspor"a (Türkiyə) uduzub (0:1). "Ağ-qaralar" sabah "Dinamo" (Moskva, Rusiya, U-23) və növbəti oyunda "Petrolul"la qarşılaşacaq (Rumıniya).

Antalya. Yoхlama oyunu

21 yanvar

Neftçi (Azərbaycan) - Volın (Ukrayna) 4:3

Denis Silva, Karlos Kardozo, Ruslan Qurbanov, Ernest Nfor.

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" dünən 4-cü yoxlama oyununu keçirib. Elbrus Məmmədovun komandası Rumıniya klubu ilə oyunda sınayıb. "Xəzər Lənkəran"ın rəqibi "Universitatya" (Krayova) olub. Oyun rumınların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Universitatya" futbol klubu 2013-cü ildə yaradılıb. 2013/14 mövsümündə birinci liqada çempion olan komanda güclülər dəstəsinə çıхıb. Emil Sandoyun başçılıq etdiyi Krayova təmsilçisi qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb.

"Xəzər Lənkəran" bundan əvvəl Antalyada "Təkirdağ"la (Türkiyə) "sülh" bağlayıb (2:2), "Çemnitzer"ə (Almaniya) 0:2, "Metallurq"a (Zaporojye, Ukrayna) 1:3 hesabı ilə yenilib. "Ağ-yaşıllar" son yoхlama matçını yanvarın 25-də "Taraz"a (Qazaxıstan) qarşı keçirəcək.

Antalya. Yoxlama oyunu

21 yanvar

Xəzər Lənkəran (Azərbaycan) - Universitatya (Rumıniya) 0:3

İonu Tarnakop, 3. Andrey Herqeleqyu, 59; 82.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR