Rəqiblər bir-birini təriflədi - Əsl üzlərini sabah görəcəyik
Bizi izləyin

İdman

Rəqiblər bir-birini təriflədi - Əsl üzlərini sabah görəcəyik

Yanvarın 23-də və 24-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində AİBA Pro Boxing turnirinin növbəti döyüşləri keçiriləcək.

Publika.az xəbər verir ki, sabah Məhəmmədrəsul Məcidov və Maqomed Omarov üz-üzə gələcək. Bununla bağlı, bu gün idmançıların iştirakıyla “Qafqaz Park Hotel”də mətbuat konfransı keçirilib.

Məhəmmədrəsul Məcidov rəqibinin ondan daha hazırlıqlı olduğunu desə də, rinqə qələbə üçün çıxacağını vurğulayıb:

“Təcrübəni hər iki növ boksdan alırıq. Həm peşəkar, həm də digər. Səhvlərimizi görüb dəyərləndirmişik”.

Rəqib döyüşçünün yerinə məşqçisi danışıb:

"Məhəmmədrəsul Məcidov güclü döyüşçüdür. Düzdür, artıq biz iki dəfə qarşılaşmışıq. Amma bunu üstünlük hesab etmək olmaz".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm