Jirinovskidən axmaq qanun layihəsi- “İki Olimpiada və rədd ol”
Bizi izləyin

İdman

Jirinovskidən axmaq qanun layihəsi- “İki Olimpiada və rədd ol”

Jirinovskidən axmaq qanun layihəsi- “İki Olimpiada və rədd ol”

Vladimir Jirinovskinin sədri olduğu Rusiya Liberal Demokrat Partiyası (RLDP) idmançıların olimpiadalarda iştirakı ilə bağlı yenin qanun layihəsi hazırlayacaq.

Publika.az xəbər verir ki, buna səbəb fiqurlu konkisürmə yarşılarının sərbəst proqramında rusiyalı idmançı Yevgeni Plyuşenkonun yarışdan imtina etməsi olub.

Bu yarışda Rusiyanın yeganə təmsilçisi Plyuşenko buz üzərinə çıxmazdan əvvəl zədələnərək mübarizədən imtina edib və karyerasını bitirdiyini bildirib. İdmançının bu addımı Rusiya ictimaiyyəti arasında müzakirələrə yol açıb.

Jirinovskinin partiyası bu hadisədən sonra yeni qanun layihəsinə ehtiyac olduğunu bildirib. Qalmaqallı siyasətçi fikirini belə əsaslandırıb:

“Hazırlayacağımız qanuna əsasən bir idmançı 2-dən artıq olimpiadada iştirak edə bilməz. İki Olimpiada və rədd ol. Qoy bundan sonra gənclər irəli getsin.

Biz xəbərdarlıq etmişdik ki, hansısa Plyuşenko Olimpiadaya göndərilməməlidi. Ona əhsən! Çox şey edib. Amma onun zədəsi var. Hanı həkimlər? Onların hamısını qovmaq lazımdı. Plyuşenko əlildi”.

Jirinovski bildirib ki, onun partiyasi Rusiya fiqurlu konkisürmə federasiyasının prezidenti Aleksandra Qorşkovanın da istefasını tələb edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm