İdman
Qadın futbolçu ərinin “zibilinə düşdü”
ABŞ-ın qadınlardan ibarət futbol üzrə milli komandasının qapıçısı Houp Solo ərinin səhvinin bəlasına düşüb.
Publika.az xəbər verir ki, Solonun yoldaşı içkili vəziyyətdə avtomobildən istifadə etdiyinə görə həbs olunub. Çünki millinin qapıçısı da həmin maşında olub.
ABŞ futbol federasiyasından verilən açıqlamada hadisənin Kaliforniyada təlim-məşq zamanı baş verdiyi deyilib:
“Solo səhv seçimlər edərək milli komandaya və yoldaşlarına pis bir nümunə göstərib. Bu səbəblə futboldan bir ay uzaqlaşdırılma cəzası alıb və düşərgədən kənarlaşdırılmasına qərar verilib”.
Solo isə "facebook"dan son aylarda ağır günlər keçirdiyini deyib:
“Federasiyanın qərarına hörmət edirəm və səhvimi qəbul edirəm. Komanda yoldaşlarımı, məşqçi heyətini və federasiyanı pis vəziyyətdə qoydum. Üzr istəyirəm”.
Məlumat üçün bildirək ki, 33 yaşlı xanım idmançı 175 sm boya malikdir. O, ABŞ-ın ən məşhur idmançıları arasında yer alır. 2011-ci ildə Almaniyada keçirilən dünya kubokunda ən yaxşı qapıçı seçilib və “qızıl əlcək” alıb.
Solo ABŞ millisiylə olimpiadalarda (2008 və 2012) qızıl medal qazanıb və 2007-2011-ci illərdə keçirilən dünya çempionatlarında iştirak edib.
Aygün İlqarqızı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi