Vaqif Cavadov “Boluspor”da - Bunu geriyə atılan addım saymaq olarmı?
Bizi izləyin

İdman

Vaqif Cavadov “Boluspor”da - Bunu geriyə atılan addım saymaq olarmı?

"Qaziantep BB"-dan ayrılan Vaqif Cavadov "Boluspor"la rəsmən anlaşıb.

Publika.az xəbər verir ki, futbolçu "qırmızı-ağlar"la mövsümün sonuna qədər müqavilə bağlayıb.

Cavadov anlaşmadan sonra klubun rəsmi saytına fikirlərini bildirib:

"Boluspor"a gəldiyim üçün çox məmnunam. Həm baş məşqçinin, həm də klub prezidentinin bura gəlməyimdə böyük rolu oldu. Kluba canla-başla xidmət etməyə hazıram. İnşallah çıxışım uğurlu alınar".

Qeyd edək ki, cari mövsümdə PTT 1-ci liqada 15 oyun keçirən Vaqif 2 qol vurub. Türkiyə kubokunda da 6 oyunda iştirak edən həmyerlimiz 1 dəfə fərqlənib. O, ümumilikdə “Qaziantep BB” formasıyla 1165 dəqiqə meydanda olub. 21 oyundan cəmi onunda start heyətində yer alıb.

Vaqifin gəlişindən sonra “Boluspor”da hücumçuların sayı 6-ya çatıb. Maraqlıdır ki, hazırda Bolu təmsilçisi 16 turdan sonra 17 xalla 13-cü pillədə qərarlaşıb. Cavadovun tərk etdiyi “Qaziantep BB” isə 20 xalla 11-ci pillədədir. Bunu geriyə atılan addım saymaq olarmı? Onu zaman göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm