• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Qəbələ" yubiley oyununa çıxacaq

  • İdman
  • 23 Yanvar 2015 11:24
  • 330 Baxış
"Qəbələ" yubiley oyununa çıxacaq

“Qəbələ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti oyununu Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək. Bu qarşılaşma “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olacaq. Belə ki, komanda qonşu ölkədə 50-ci sınağına çıxacaq.

Publika.az xəbər verir ki, ilk dəfə 2006-cı ilin yayında Türkiyədə toplanış keçib, yoxlama matçlarında gücünü sınayan “Qəbələ”nin 1-ci rəqibi yerli “Zeytinburnu” olub. Həmin görüşdə 0:1 hesabı ilə uduzan komandamız artıq 11-ci dəfə yollandığı qardaş ölkədə 49 matça çıxıb. Bu oyunlardan 47-si xarici klublarla, ikisi isə “Neftçi”yə qarşı olub. “Kuban”la qarşılaşmayadək Antalyada 20 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 15 dəfə uduzub. Bu matçlarda “qırmızı-qaralar” 75, rəqibləri 60 qol vurub.

Antalyada xarici klublarla 48-ci matç olsa da, ümumilikdə 70-ci dəfədir ki, “Qəbələ” əcnəbi komanda ilə yoxlama oyununa çıxır. Sloveniya, İngiltərə, Hollandiya, Avstriya ilə yanaşı, doğma meydanda da beynəlxalq yoxlama oyunu keçirən “qırmızı-qaralar” belə görüşlərdə 30 qələbə qazanıb, 14 heç-heçə edib və 25 dəfə uduzub. Bu matçlarda komandamız 101 qol vurub, 79-nu buraxıb. “Vorskla” ilə oyunda Ruslan Fominin vurduğu qol beynəlxalq matçlardakı 100-cü top olub.

Qeyd edək ki, bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR