Falkaodan insanlığa örnək addım: 17 yaşlı gəncin həyatını xilas etdi
Bizi izləyin

İdman

Falkaodan insanlığa örnək addım: 17 yaşlı gəncin həyatını xilas etdi

Futbol karyerasında heç də uğurlu günlərini yaşamayan Radamel Falkao Kolumbiyada qəhrəman elan olunub.

Publika.az xəbər verir ki, o, 17 yaşlı gəncin həyatını xilas etməklə gündəmə düşüb. İki ildi Con, daha doğrusu, onun anası urək köçürməsi üçün donor tapa bilmirmiş. Həkimlər yeniyetmənin bir neçə ay ömrü qaldığını bildirib.

Conun nadir qan qrupuna ehtiyacı olduğundan tapmaq çətin olub. Üç ay əvvəl Elena Fernandes təsadüfən Falkaoyla əlaqə yaradıb və kolumbiyalı futbolçu əlindən gələni edəcəyinə söz verib. Conun anası Falkaonun sözünü tutduğunu deyib:

“O, mənim harayıma dərhal cavab verdi. Bilmirəm bunu necə, kimin vasitəsiylə edib, amma nəticədə Conun indi yeni ürəyi var. Buna görə Allaha dua edirəm”.

Ürəkköçürmə əməliyyatı bu həftə baş tutub. 20 gündən sonra Con xəstəxanadan evə buraxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm