Məhəmməd Əlinin əlcəkləri 1 milyon dollara satılacaq
Bizi izləyin

İdman

Məhəmməd Əlinin əlcəkləri 1 milyon dollara satılacaq

Əfsanəvi boksçu Məhəmməd Əlinin ilk dəfə çempionluq qazandığı zaman əllərində olan əlcəklər auksiona çıxarılacaq.

Publika.azAssociated Press” agentliyinə istinadən xəbər verir ki, auksion 21 fevral tarixində Nyu-Yorkda, “Heritage Auctions” mərkəzində keçiriləcək.

Əlcəklərə qoyulan ilkin qiymət bir milyon dollardır.

Ağır çəkidə çıxış edən Məhəmməd Əli bu əlcəklərlə 25 may, 1965-ci ildə Soni Listonla döyüşə çıxmışdı. O vaxt o, özünə hələ müsəlman adı götürməmişdi. Kassius Kley adı ilə çıxış edirdi.

Həmin döyüşdə Məhəmməd Əli elə ik raundda Listonu nokauta salmışdı.

Keçən ilin avqustunda isə auksionda Məhəmməd Əlinin Co Feyzerlə görüşdə taxdığı əlcəklər satılmışdı. Anonim qalmaq istəyən alıcı əlcəkləri 388 min dollara satmışdı.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm