İdman
Karateçilərimiz məğlub oldu
Yanvarın 24-də Parisin Pyer de Kubertən arenasında Dünya Karate Federasiyasının premyer liqa yarışlarından olan “Paris open“ turnirinə start verilib.
Karatenin kana və kumine növü üzrə keçirilən yarışlara 46 ölkədən 930 idmançı qatılıb. Azərbaycan turnirdə 29 idmançı ilə təmsil olunur.
Yarışların ilk günü bəzi azərbaycanlı karate ustaları üçün uğursuz başlayıb. Belə ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Firdovsi Fərzəliyev, Nicat Abbasov, Rüstəm Mədətov, Vüsal Kamallı və Süleyman Hətəmov keçirdikləri görüşlərdə rəqiblərinə uduzublar.
Dəfələrlə Avropa və dünya çempionu Rafael Ağayev 75 kiloqram çəki dərəcəsində hollandiyalı, danimarkalı, amerikalı və italiyalı rəqiblərinə qalib gəlsə də, ukraynalı Stanislav Horuna ilə görüşü heç-heçə başa vurub. İdmançımız xəbərdarlıq aldığından qələbə ukraynalıya verilib. Rafael Ağayev üçüncü yer uğrunda yarışları davam etdirəcək. Onun komanda yoldaşı Ayxan Mamayev 84 kiloqram çəkidə Fransa və İspaniyadan olan rəqiblərinə böyük üstünlüklə qalib gəlib. Lakin əlcəzairli karate ustasına 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
İdmançılarımızdan İlahə Qasımova və Orxan Heydərli yarışlara ikinci mərhələdən qoşulublar.
Yanvarın 25-də keçiriləcək yarışlarda turnirin finalçıları müəyyən olunacaq.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO