Təbrizin “Traktorsazi” komandası İran Kubokunun sahibi oldu
Bizi izləyin

İdman

Təbrizin “Traktorsazi” komandası İran Kubokunun sahibi oldu

İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandası bir ilkə imza atıb.Təbriz klubu tarixində ilk dəfə İran Kubokunun sahibi olub.

İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandası bir ilkə imza atıb.Təbriz klubu tarixində ilk dəfə İran Kubokunun sahibi olub.

Fevralın 14-də İran Kubokunun finalında “Traktorsazi” Kirman şəhərinin “Mis” komandasının qonağı olub. Kirman şəhərinin “Bahünər” stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə “Traktorsazi”dən Səid Dəqiqi vurub. Bu futbolçu matçın ən yaxşı oyunçusu da seçilib.

Qeyd edək ki, “Traktorsazi” İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm