Premyer Liqada hansı klublar daha çox pul xərcləyir?
Bizi izləyin

İdman

Premyer Liqada hansı klublar daha çox pul xərcləyir?

Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümündə III dövrənin başlanmasına az qalır. Klublar fevralın əvvəlində başlanılacaq çempionata daha iddialı başlamaq istəyirlər.

Trend-in məlumatına görə, artıq qış transfer pəncərəsində klublar "bazarlıq"larını davam edirlər.

"Xəzər Lənkəran", AZAL, "Bakı" və "Sumqayıt" klubları bir neçə futbolçusuyla yollarını ayırıb. "Qəbələ", "Simurq", "İnter", AZAL və "Neftçi" klubları isə bir neçə transfer həyata keçirib.

Qeyd edək ki, transfer pəncərəsi fevralın 2-dək davam edəcək.

"Qarabağ"
Gələnlər:
Yoxdur
Gedənlər: İnnosent Emeqara
Müqaviləsini uzadanlar: Çumbinyo, İbrahim Şehiç

"İnter"
Gələnlər:
Yusuf Fentiç, Əfran İsmayılov ("Xəzər Lənkəran"), Ruben Şaken ("Feyenoord", Hollandiya)
Gedənlər: Yoxdur

"Neftçi"
Gələnlər:
Aqil Məmmədov (“Bakı”), Rauf Əliyev ("Xəzər Lənkəran"), Rəhman Hacıyev ("Bakı")
Gedənlər: Emil Balayev ("Ayntraxt", Almaniya), Elnur Allahverdiyev
Müqaviləsini uzadanlar: Yoxdur

"Simurq"
Gələnlər:
Elnur Abdullayev ("Xəzər Lənkəran"), Xuan Alvarado ("Erqotelis", Yunanıstan)
Gedənlər: Lukas Tresnak
Müqaviləsini uzadanlar: Benjamin Lambot

"Xəzər Lənkəran"
Gələnlər:
Elbrus Məmmədov (baş məşqçi)
Gedənlər: Oğuz Çətin (baş məşqçi), Aleksandr Şemonayev, Deyan Blajevski ("Vardar", Makedoniya), Tieqo de Xesus, Rəşad Sadiqov ("Qəbələ), Elnur Abdullayev, Rauf Əliyev, Qalin İvanov, Əfran İsmayılov, Cahangir Həsənzadə, Adrian Skarlatake, Vanderson Skarduelli, Fernando Qabriel, Deyan Blajevski, Uğur Pamuk
Müqaviləsini uzadanlar: Yoxdur

"Qəbələ"
Gələnlər:
Roman Qriqorçuk (baş məşqçi), Rəşad Sadiqov ("Xəzər Lənkəran"), Aleksey Qay ("Çernomorets", Ukrayna), Dmitri Bezotosnı ("Çernomorets", Ukrayna), Ruslan Fomin ("Çernomorets", Ukrayna)
Gedənlər: Dorinel Muntyanu (baş məşqçi), Yazalde Pinto
Müqaviləsini uzadanlar: Yoxdur

AZAL
Gələnlər:
Ruslan Nəsirli, Azər Məmmədov, Nicat Qurbanov, Aleksandr Şemonayev, Valeri Kutsenko
Gedənlər: Asif Mirili, Tomi Kostadinov, Tural Nərimanov, Adil Nağıyev, Təmkin Xəlilzadə, Orxan Səfiyaroğlu, Con Kordoba, Luis Ramos,
Müqaviləsini uzadanlar: Yoxdur

"Sumqayıt"
Gələnlər:
Yoxdur
Gedənlər: Tərlan Əhmədli (“Zirə”, icarəyə), Ceyhun Cavadov, Tagim Novruzov; Şəhriyar Xəlilov
Müqaviləsini uzadanlar: Bəxtiyar Həsənalızadə

"Bakı"
Gələnlər:
Rəhman Hacıyev (“Qaziantep BB”, Türkiyə. icarədən qayıdıb), Ramazan Abbasov, Tagim Novruzov (hər ikisi “Sumqayıt”), Kamil Nurəhmədov (“Rəvan”), Murad Hüseynov (“Daqdizel”, Rusiya)
Gedənlər: Aqil Məmmədov (“Neftçi”), Yure Travner (“Ridinq”, İngiltərə), Lukas Mario Horvat, Risto Ristoviç, Rəhman Hacıyev, ("Neftçi"), Cəmşid Məhərrəmov ("Adanasor" Türkiyə)
Müqaviləsini uzadanlar: Yoxdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm