“Bakı-2015”in açılış və bağlanış mərasimi ilə bağlı dinləmələr keçirilib
Bizi izləyin

İdman

“Bakı-2015”in açılış və bağlanış mərasimi ilə bağlı dinləmələr keçirilib

Bu gün Atletlər Kəndində “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində çıxış edəcək iştirakçıların növbəti dinləmələri təşkil olunub.

Dinnləmələri “Bakı-2015”in ulduz elçiləri “Eurovision-2011” Beynəlxalq mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal da izləyiblər.

Dinləmədə 50-dən artıq gənc iştirak edib və onlar peşəkar komandanın tapşırıqlarını yerinə yetiriblər.

“Bakı-2015”in açılış və bağlanış mərasimini hazırlayan “FiveCurrents” şirkətinin baş prodüseri Tom Bisinyano Avropa Oyunlarının 2015-ci ilin ən möhtəşəm tədbiri olacağını deyib və ölkə gənclərini bu yarışın bir hissəsi olmağa dəvət edib.

Tom Bisinyano bildirib ki, Avropa Oyunlarına könüllülərin cəlb olunması prosesi davam edir. “Bakı-2015”in könüllüləri “Facebook”da hazırlanmış xüsusi səhifədə qeydiyyatdan keçməklə bu möhtəşəm tədbirin iştirakçısı ola bilərlər. Əminliklə deyə bilərəm ki, “Bakı-2015”də könüllü kimi iştirak edəcək şəxslər zəngin təcrübə qazanacaqlar.

Könüllülərin cəlb olunmasında heç bir yaş məhdudiyyətinin olmadığını vurğulayan Tom Bisinyano “Bakı-2015”də 6 minədək volontyorun iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb. “FiveCurrents” şirkətinin baş prodüseri bildirib ki, Avropa Oyunlarının açılış və bağlanış mərasiminin möhtəşəmliyi digərlərindən fərqlənəcək. Bu mərasimlər iştirakçılara unudulmaz anlar yaşadacaq. Xüsusi effektlərdən istifadə isə mərasimlərin yaddaqalan olmasına imkan yaradacaq. Həmçinin bu mərasimlərdə Azərbaycanın tarixi və mədəniyyəti xüsusi olaraq nümayiş etdiriləcək.

“Bakı-2015”in mərasimlərinin iştirakçısı Xumar Quluzadə deyib: “Mənim dinləməm gözəl keçdi. Dinləmədə iştirak edən hər kəs səmimi və gülərüz idi. Artıq böyük ailənin bir hissəsinə çevrildiyimi hiss edirəm və Avropa Oyunlarının mərasim iştirakçısı olmaq üçün məşqlərə başlamağı səbirsizliklə gözləyirəm”.

“Bakı-2015”in ulduz elçiləri Eldar Qasımov və Nigar Camal Avropa Oyunlarında iştirak edəcək könüllülərin tarixin bir hissəsi olacaqlarını, onların gələcək karyeralarına müsbət təsir göstərəcəyini və yeni dostlar qazanacaqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm