Sabiq futbolçu hökuməti hədələdi
Bizi izləyin

İdman

Sabiq futbolçu hökuməti hədələdi

Türkiyə millisinin sabiq futbolçusu Saffet Sancaqlı yerli hökuməti müharibəylə hədələyib.

Publika.az xəbər verir ki, Millətçi Hərəkat Partiyasının (MHP) üzvü olan sabiq hücumçu 7 iyunda baş tutacaq parlament seçkilərində qalib olmasalar, ölkədə müharibə başlayacağını deyib:

"7 iyundakı seçkilərdə ya iqtidara ortaq olarıq, ya da bu ölkədə müharibə başlayar. Bunu MHP-nin sədri, bütün türk dünyasının lideri Devlet Bahçeli də deyib. Hökumət bizə qarşı heç nə edə bilməz. Biz millətçilər dövlətin özüyük".

Saffet Sancaqlı MHP-nin üzvü kimi iki dəfə seçkilərə qatılıb. 2011-ci ildə parlament seçkilərində uduzan Sancaqlı, keçən il bələdiyyə seçkilərində də uğursuzluğa düçar olmuşdu.

Sancaqlı futbolçu kimi 1992-1996-cı illər aralığında Türkiyə millisinin şərəfini qoruyub. O, müxtəlif vaxtlarda "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray" kimi klublarda çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm