London finalına doğru, “Milan”ı kubokdan “qovdular”
Bizi izləyin

İdman

London finalına doğru, “Milan”ı kubokdan “qovdular”

Dünən bir sıra Avopa ölkələrində kubok oyunları keçirilib.

Publika.az xəbər verir ki, İngiltərə Liqa kubokunda ilk finalçının adı bəlli olub. "Enfild Roud"dakı ilk oyunda 1:1 bərabərə qalan "Çelsi" və "Liverpul" bu dəfə "Stemford Bric"də münasibətlərinə aydınlıq gətiriblər.

Komandalar bu dəfə də qalibi müəyyənləşdirə bilməyiblər - 0:0.

Hər iki oyun heç-heçə bitdiyindən və Liqa kubokunun reqlamentində səfər qolu hesaba alınmadığından, matç əlavə vaxta gedib. Əlavə vaxtda İvanoviçin qoluyla 1:0 qalib gələn "zadəganlar" finala ilk vəsiqəni təmin edib.

Digər finalçının adına yanvarın 28-də keçiriləcək "Şeffild Yunayted" - "Tottenhem" matçında aydınlıq gələcək. Komandalar arasındakı ilk matçda londonlular 1:0 qalib gəlib. Böyük ehtimalla kubokun qalibi London derbisində müəyyənləşəcək.

İngiltərə Liqa Kuboku, yarımfinal

27 yanvar

Çelsi - Liverpul 1:0 ə/v

İtaliya kubokunun 1/4 final mərhələsinin ilk oyunu keçirilib. "Milan" "Latsio"nu qəbul edib. Bir neçə gün əvvəl A seriyasında romalılara səfərdə 1:3 hesabıyla məğlub olan "rossonyerlər" yenə meydanı başıaşağı tərk edib. Milanlılar bu dəfə 0:1 hesabıyla yenilib.

İtaliya kuboku, 1/4 final

27 yanvar

Milan - Latsio 0:1

Türkiyə kubokunun B, C, D, E, H qruplarında növbəti oyunlar keçirilib. Superliqa təmsilçiləri "Mersin" və "Bursaspor"un oyununda gözlənilməz hesab qeydə alınıb. "Timsahlar" səfərdə rəqibinin qapısından beş cavabsız top keçirib. “Fənərbaxça” da xal itirib.

Türkiyə kuboku, 5-ci tur

27 yanvar

B qrupu

Manisaspor - Akhisar 1:1

Trabzonspor - Keçiörəngücü 0:0

1. Trabzonspor - 9 (5), 2. Akhisar - 6 (5), 3. Keçiörəngücü - 6 (5), 4. Manisaspor - 4 (5).

C qrupu

Mersin - Bursaspor 0:5

1. Bursaspor - 9 (5), 2. Mersin - 7 (5), 3. Fatih Karagümrük - 7 (4), 4. Samsunspor - 1 (4).

D qrupu

Ankaragücü - Başakşəhər 1:1

1. Başakşəhər - 9 (5), 2. Karabükspor - 7 (4), 3. Sivas 4 Eylül - 5 (4), 4. Ankaragücü - 2 (5).

H qrupu

Girəsunspor - Konyaspor 0:2

1. Gənclərbirliyi - 8 (4), 2. Konyaspor - 6 (5), 3. Cizrəspor - 6 (4), 4. Girəsunspor - 5 (5).

E qrupu

Kayserispor - Fənərbaxça 1:1

1. Fənərbaxça - 8 (5), 2. Kayserispor - 8 (5), 3. Bayburt Özəl İdarə - 4 (4), 4. Altınordu - 4 (4).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm