Qəbələdə rus-türk “müharibəsi”
Bizi izləyin

İdman

Qəbələdə rus-türk “müharibəsi”

Qəbələdə rus-türk “müharibəsi”

Bu gün Azərbaycan Premyer-Liqasında 21-ci tura yekun vurulacaq. Publika.az xəbər verir ki, çempionatın 4 qarşılaşması bu gün keçiriləcək.

“XL” ümumi balansda, “Qəbələ” son matçlarda üstündü

Prinsipial oyunlardan biri Qəbələdə baş tutacaq. Rusiyalı mütəxəssis Yuri Syominin çalışdırdığı “Qəbələ” türkiyəli Mustafa Dənizlinin başçılıq etdiyi “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu qarşılaşma iki məşhur mütəxəssisin dueli baxımımndan olduqca böyük maraq kəsb edir. Əyalət təmsilçilərinin 21-ci qarşılaşması ərəfəsində “Xəzər Lənkəran” ümumi balansda, “Qəbələ” isə son matçlarda üstündü. Belə ki, "Qəbələ" indiyədək 5, "Xəzər Lənkəran" 10 qələbə qazanıb, 5 matçda qalib müəyyənləşməyib. Meydan sahibləri son iki ev matçında eyni hesabla qalib gəlib. Cənublular isə son 3 matçda qol vura bilməyib. Lənkəranlıların 27 qoluna qəbələlilər 17 dəfə cavab verə bilib.

“Qarabağ” üçün arzuolunmaz rəqib

Çempionatın lideri “Qarabağ” AZAL-ı qəbul edəcək. Qurban qurbanovun yetirmələri bu mövsüm əsasən ortabab və autsayder rəqiblərlə oyunlarda xal itiriblər. Bu baxımdan yanaşsaq, AZAL-ın “Qarabağ”ı büdrətmə ehtimalı var. Bu oyun tərəflər arasında çempionatdakı 21-ci qarşılaşma olacaq.

AZAL çempionatın lideri üçün uğursuz rəqiblərdən biri sayılır. “Qarabağ” 10-cu dəfə qalib gəlmək iddiasında olduğu "təyyarəçilər"i cari mövsüm uda bilməyib. Ağdam təmsilçisi bakılılarla son 4 qarşılaşmada cəmi 1 dəfə 3 xala sevinib.

Ümumilikdə "Qarabağ" 9, AZAL 5 qələbə qazanıb, 6 matçda qalib müəyyənləşməyib. Ağdamlıların 22 qoluna bakılılar 21 dəfə cavab verib.

“Ağ-qaralar” üçün “zolaqlı” sədd

Turun gərgin oyunlarından biri Bakıda baş tutacaq. “Bakı” öz meydançasında “Neftçi”ni qəbul edəcək. Bu oyun tərəflər arasında çempionatdakı 45-ci qarşılaşma olacaq.

Əvvəlki matçlarda “Neftçi”nin böyük üstünlüyü var. Belə ki, "ağ-qaralar" indiyədək 25, "zolaqlılar" 10 qələbə qazanıb, 9 matçda qalib müəyyənləşməyib. "Neftçi"nin 63 qoluna "Bakı" 38 dəfə cavab verib. Lakin “ağ-qaralar” son 5 matçda cəmi 1 dəfə qalib gəlib. Ölkə çempionu son 9 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib.

Sumqayıtda autsayder mübarizəsi

Turun daha bir qarşılaşmasında isə çempionatın autsayderləri üz-üzə gələcək. “Sumqayıt” “Rəvan”ı qəbul edəcək. Bu oyun tərəflər arasında çempionatdakı 22-ci qarşılaşma olacaq.

Autsayderlərin indiyə qədərki duellərində qonaqların üstünlüyü var. Belə ki, “Rəvan” 6, “Sumqayıt” 2 qələbə qazanıb, daha 2 matç sülhlə bitib. Bakılıların 14 qoluna sumqayıtlılar 10 dəfə cavab verə bilib. “Rəvan” səfərdəki 5 qarşılaşmanın hamısında qol vurub və dördündə qalib gəlib.

15 fevral (şənbə)

“Qəbələ” – “Xəzər Lənkəran”

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Mahir Məmmədov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov

Qəbələ şəhər stadionu, 15:00

“Qarabağ” – AZAL

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Yaşar Abbasov, Tahir Əhmədov

Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov

Tofiq Bəhramov adına Respublika stadionu, 17:00

“Sumqayıt” – “Rəvan”

Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Namiq Hüseynov, Fərid Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 16:00

“Bakı” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Alik Yunusov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 13:30

Oxumağa davam et
Reklam
Reklam

Gündəm