Eddi İsrafilov dünya çempionatında oynamaq istəyir
Bizi izləyin

İdman

Eddi İsrafilov dünya çempionatında oynamaq istəyir

"Azərbaycan yığmasında debüt oyunumu İspaniyaya qarşı keçirmək istəyirəm". Bu sözləri milli komandamızın təklifini qəbul edən Eddi İsrafilov deyib.

Publika.az хəbər verir ki, "Marka" qəzetinə müsahibə verən "Qranada"nın futbolçusu debüt oyununda İspaniyaya qarşı oynamaq istəsə də, bu arzusunun həyata keçəcəyinə inanmır: "Onlarla qarşılaşmağımız imkansız görünür. Azərbaycan millisində oynamağa razılıq vermişəm və sona qədər bu qərarımın arxasında duracam".

"Qranada"da özünü əla hiss etdiyini deyən Eddi daha çoх oynamaq istəyir: "Burda çox xoşbəxtəm. Qranada müasir şəhərdi. Klubdakı vəziyyət də pis deyil. İmkan olanda oynayıram, amma daha çox oynamaq istərdim. Ancaq nəzərə almaq lazımdır ki, bu, mənim La Liqadakı ilk mövsümümdür. Buna görə də, səbrli olmalıyam".

İsrafilov hədəflərini də açıqlayıb: "Həm futbolçu, həm də insan kimi inkişaf etmək istəyirəm. Hədəflərimə gəldikdə isə İspaniya çempionu olmaq və ən yaxşı futbolçuların qatıldığı dünya çempionatında oynamaq istəyirəm".

Millimizin üzvü İngiltərə Premyer Liqasında oynamaq arzusunu da deyib: "İngiltərədən yaxşı təklif almışdım. Premyer Liqa məni özünə cəlb edir. Gələcəkdə İspaniyadan kənarda oynamağı mütləq istəyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm