“Qəbələ” Belarusun yarımmüdafiəçisini aldı
Bizi izləyin

İdman

“Qəbələ” Belarusun yarımmüdafiəçisini aldı

“Qəbələ” Belarus milli komandasının yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib.

Publika.az-ın məlumatına görə, 27 yaşlı futbolçu ilə 6 aylıq müqavilə imzalanıb.

Minskin “Smena” klubunun yetirməsi olan orta sahə oyunçusu 15 yaşında “BATE”yə keçib. Beş il bu komandada çıxış etdikdən sonra M.Sivakov İtaliyanın “Kalyari” klubuna transfer olunub. 2009-2011-ci illərdə Apennin təmsilçisinin üzvü olan yarımmüdafiəçi icarə əsasında “Pyaçentsa” və Polşanın “Visla” klublarının da formasını geyib. 2011-2012-ci illərdə Belçikanın “Zulte Varegem” klubunda top qovan belaruslu yenidən “BATE”yə qayıdıb. Əvvəl icarə əsasında Borisov təmsilçisinin formasını geyən Sivakov sonra bu kluba keçib. 2014-cü ildə vətənində “Qomel”, Ukraynada “Çernomorets”in şərəfini qoruyan yarımmüdafiəçi Odessa komandasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.

Dörd dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində ölkə kuboku və Superkubokunu da qazanıb. 2004-cü ildən milli komandalara cəlb olunan M.Sivakov ölkəsinin U-17, U-19, U-21, Olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, “Qəbələ” M.Sivakovadək Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm