“Qalatasaray” niyə transfer edə bilmir? - Səbəbi məlum oldu
Bizi izləyin

İdman

“Qalatasaray” niyə transfer edə bilmir? - Səbəbi məlum oldu

"Qalatasaray"ın qış “transfer pəncərəsi” dönəmində heyətinə yeni futbolçu qata bilməməsinin səbəbi məlum olub.

Publika.az xəbər verir ki, buna səbəb "cim-bom"un sabiq prezidenti Ünal Aysalın büdcədən futbolçulara 5 milyon avro əlavə pul verilməsi haqqında sənəd imzalamasıdır.

Sənədə görə, qeyd edilən məbləğ futbolçulara ən geci 31 yanvar tarixində ödənilməlidir.

Futbolçularına olan borcun ödənilməsini daha mühüm hesab edən rəhbərlik yeni transfer istəyindən əl çəkib.

"Aslanlar"ın baş məşqçisi Hamza Hamzaoğlunun klub rəhbərliyinin qərarını anlayışla qarşılayaraq, "transfersiz də keçinərik" dediyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm