Görün, biz nə qədər geridəyik?
Bizi izləyin

İdman

Görün, biz nə qədər geridəyik?

Millimizin üzvü Vaqif Cavadovun yenicə müqavilə bağladığı Türkiyə birinci liqasında mübarizə aparan "Boluspor" növbəti oyunu üçün satışa çıxarılan biletlərin qiymətlərini açıqlayıb.

Publika.az xəbər verir ki, "ağ-qırmızılar"ın Cavadovun sabiq klubu "Qaziantep BB"-yə qarşı keçirəcəyi oyunu tribunadan izləmək istəyənlər 10-50 türk lirəsi (təxminən 3-17 manat) xərcə düşməlidir.

Bu cəhətdən Türkiyə birinci liqası ilə Azərbaycan Premyer Liqası arasında müqayisə aparsaq, ortaya gülməli mənzərə çıxar.

Klublarımızın az qala azarkeşlərə oyunlara gəlməsi üçün yalvardığı bir vaxtda, türklərin birinci liqasında qapı arxası tribunaya biletin 3 manatdan yuxarı olması ortadakı fərqi aşkar nümayiş etdirir.

Biletli Türkiyə birinci liqasının oyunlarına havayı Azərbaycan Premyer Liqasının matçlarından qat-qat artıq azarkeşin gəldiyini də qeyd etmək yerinə düşər.

"Xəzər Lənkəran"dan savayı digər Premyer Liqa klublarımız çempionat oyunlarına bilet satışı təşkil etmir. Birinci divizionda bilet satışından danışmağa isə ümumiyyətlə lüzum yoxdur.

Bu fərq "çempionatımız Türkiyə və Rusiya çempionatları səviyyəsindədir" deyən PFL prezidenti üçün görk olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm