• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qəbələ”nin baş məşqçisi: "Çətin vəzifəni həll etməliyik"

  • İdman
  • 29 Yanvar 2015 10:39
  • 352 Baxış
“Qəbələ”nin baş məşqçisi: "Çətin vəzifəni həll etməliyik"

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ” sonuncu yoxlama oyununda Türkmənistanın “Altın Asır” klubu ilə (3:3) qarşılaşıb. Asiya təmsilçisi ilə görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk hazırlıq prosesi və yoxlama oyunu haqda fikirlərini bölüşüb.

Publika.az ukraynalı mütəxəssisin klubun saytına açıqlamasını təqdim edir:

“Sonuncu yoxlama oyunumuzun ssenarisi bizim üçün bir az uğursuz oldu. Oyunun ilk hissəsində xeyli qol imkanlarını qaçırdığımızdan, matç başqa məcrada davam etdi. Nəticədə çətin vəziyyətə, hesabda iki top geriyə düşdük. Komandamın məhz belə durumda özünü necə göstərməsi mənə maraqlı idi. Hesabdakı geriliyi aradan qaldıra bilməyimiz xarakterin olduğunu göstərir. Bu isə çox vacib amildir. Fasilədən sonra rəqibi tam üstələdik. Futbolçuların ikinci hissədə əzmkarlıq göstərmələri nəticəsində məğlubiyyətdən qaça bildik. Məhz ikinci hissəyə əsasən məndə yaxşı təəssürat qaldı”.

Ukraynalı mütəxəssis mövsümün ikinci yarısında “qırmızı-qaralar”ın qarşısında duran məqsəd haqda da danışıb:

“Biz indidən heç nəyi proqnozlaşdıra bilmərik. Qarşımızdakı çətin vəzifə avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçünsə turnir cədvəlində irəliləməliyik. Avropa Liqasına düşmək üçün 10 xallıq fərqi aradan qaldırmalıyıq. Bu isə heç də asan iş deyil. Ancaq qarşımıza qoyduğumuz bu çətin vəzifəni həll etməliyik”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR