Tənbəl, yatağan, sərxoş Messidən inanılmaz faktlar
Bizi izləyin

İdman

Tənbəl, yatağan, sərxoş Messidən inanılmaz faktlar

Messi haqqında, demək olar ki, hər şey hamıya məlumdur. Onun haqqında ulduz futbolçu, “Futbolun Tanrısı”, “Barsa”nın sevimlisi və. s. kimi fikirlər səslənir.

Publika.az kiçik bir araşdırmadan sonra Messi haqda çoxlarına məlum olmayan, hər kəsdə maraq doğuracaq məqamlar tapıb.

Messi nankordur?

Messinin uşaqlıqda başına gələnləri futbolsevərlər yaxşı bilir. "Barselona"ya hormon müalicəyə ehtiyacı olduğu üçün gələn istedadın xərcləri Argentinadakı İctimai Sığorta Təşkilatı tərəfindən qarşılanıb. Amma onun "Barselona"yla anlaşmasında Soldini və Montero adında iki menecerin rolu çoxlarına naməlumdur. Messi hər iki futbol adamıyla münasibətini erkən yaşlarda kəsdiyi üçün onları heç kim tanımır.

Hazırda dünyanın ən çox qazanan futbolçularından olan Messinin bu iki adamı unutması çox düşündürücüdür. Soldini və Montero Leo hələ 13 yaşındaykən bütün səfər və otel xərclərini qarşılayaraq "Barselona"ya gətirdikləri ulduz oyunçudan bu günə qədər bir qəpik belə almayıb.

Portağalı neçə dəfə çiləyə bilərsiz?

Həmin Soldini Messiyə portağal və tennis topu verərək bir həftə sonra qayıdacağını, öz üzərində yaxşı işləməsini və onu kasetə yazacağını söyləyib. "Barselona"ya göndərilən kasetdə Messinin portağalı ayağında 113 dəfə, tennis topunu isə 120 dəfə "çiləməsi" kataloniyalıları ürəyini “xarab edib”.

Sərxoş Messini necə təsəvvür edirsiz?

"Barselona"ya gəldiyi vaxtdan bu günə qədər Messi çox nadir hallarda katalon dilində danışır. Həmişə Argentina ləhcəsi ilə danışan ulduz oyunçu, sadəcə, çempionluğu qeyd etdikləri vaxt katalon dilində danışır. Güman edilir ki, Leo o zaman sərxoş olub.

Barmağını göyə qaldırıb nə demək istədiyini bilirsizmi?

Messi haqda deyilən fikirlərdən biri də onun Argentina millisində oynaması ilə bağlıdır. İddialara görə, o millidə könülsüz çıxış edir. Əslində isə belə beyil.

Kiçik yaşlarından İspaniya Futbol Federasiyası tərəfindən dəvət almasına baxmayaraq, o, uşaq yaşlarından uzaq qaldığı doğma vətənini seçdi.

Ölkəsi və ailəsi onun üçün hər şey deməkdir. Vurduğu hər qoldan sonra barmağını göyə qaldırıb nə demək istədiyini bilirsizmi? O, qolu ölən nənəsinə hədiyyə edərək sevgisini hər dəfə göstərir.

Hələ 10 yaşında ikən ölən nənəsini unutmayan Messinin anasına olan bağlılığı da göz qabağındadır. Belə ki, argentinalı ulduz sol çiynində anasının şəklini tatu etdirib.

Leonel Mecci

Erkən yaşlarda İspaniyaya gələn Messi Argentinada çox da tanınmırdı. U-21 millisi tərəfindən ilk dəvət aldıqda Argentina Futbol Federasiyasının göndərdiyi siyahıda adının səhv yazılması bunu sübut edirdi. Onun adı “Leonel Mecci” kimi yazılmışdı.

"Coca-Cola" asılılığı

Messinin gənc yaşlarda xüsusi bir asılılığı var idi. "Coca-Cola"ya olan hədsiz sevgisindən narahat olan Qvardiola Leonu Juanjau Braun adlı bir fizioterapevtə əmanət etdi.

“La Masiya”dakı bütün qazlı şirə aparatlarını “yox edən” ispan baş məşqçi, beləliklə, Messinin sevdiyi içkisini - "Coca-Cola"nı əldə etməyinin qarşısını aldı.

Qeyd edək ki, Messinin hazırda "Pepsi" ilə sponsorluq razılaşması var.

Tənbəl Messi

Hormon müalicəsi gördüyü üçün bir zamanlar hüceyrələrinin yenilənməsi baxımından Messinin çox yatması vacib idi. O, məşqə çıxır, yeməyini yeyir, oyun oynayır və yatır. Bacısı onun bu vəziyyətini belə izah edib: “Yatarkən ondan xoşbəxti yoxdur. Qalxmasını söylədiyinizdə dərhal əsəbiləşir”.

Yaxınlarının da dediyi kimi, o, çox yatağandır. Hətta gündə 12 saatdan çox yatan argentinalı üçün "Barselona" rəhbərliyi də narahat olmuş, bu duruma çarə tapmaq üçün tibbi yardım istəmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm