İdman
Futbol klubunun ofisinə silahlı basqın
Hollandiyanın "Utrext" klubu soyğuna məruz qalıb.
Publika.az xəbər verir ki, kluba məxsus ofisə və "Qalqenvard" stadionuna hücum edən silahlı şəxslər qarət törədiblər. Hadisə yanvarın 27-də baş verib. Məlumata görə, klubun ofisindən 100 min avro oğurlanıb. Bu vəsait Dortmund "Borussiya"sı ilə yoldaşlıq matçı üçün ayrılıbmış.
Səhər saatlarında ofisə daxil olan silahlı şəxslər mühafizəçidən seyfi açmağı tələb ediblər. Silahlılar pulu götürəndən sonra ərazidən uzaqlaşıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Polis insidenti araşdırmağa başlayıb. "Utrext"in baş meneceri Vilko van Şayk hadisəni belə şərh edib:
"Biz maliyyə məsələsində sağlam yolla gedirdik. İndi bizi vicdanla qazandığımız puldan məhrum ediblər. Vacib deyil nə qədər pulumuz oğurlanıb. Biz bir avronun da hesabını aparırıq".
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?