Millimizin oyunçusu rəsmən “Simurq”da
Bizi izləyin

İdman

Millimizin oyunçusu rəsmən “Simurq”da

"Simurq" millimizin futbolçusu Cihan Özkara ilə anlaşıb.

Publika.az xəbər verir ki, "Simurq" bu gün futbolçuyla rəsmi müqavilə imzalayıb.

Müqaviləylə "Sivasspor"a məxsus olan Özkara, "Simurq"da icarə əsasında çıxış edəcək. Hücumçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. O, "sarı-qaralar"ın heyətində 22 nömrəli forma ilə çıxış edəcək.

Klubun rəsmi saytının verdiyi məlumata görə, Zaqatala təmsilçisi yaxın günlərdə daha bir futbolçu ilə müqavilə imzalayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm