Doğuş yerini dəyişmək olmaz - məşhur cütlük “dubl etdi”
Bizi izləyin

İdman

Doğuş yerini dəyişmək olmaz - məşhur cütlük “dubl etdi”

"Barselona"nın müdafiəçisi Xerard Pike və dünya ulduzu Şakiranın ikinci övladları dünyaya gəlib.

Publika.az xəbər verir ki, 2013-cü ildə ilk övladları dünyaya gələn və adını Milan qoyan cütlük yeni uşaqlarına hələ ki ad verməyiblər. Yaxınlarının dediyinə görə, variantlar arasında Andrea və Saşa adları da var.

Dünən axşam saatlarında Sarriya rayonunda yerləşən klinikalardan birinə yerləşdirilən ulduz müğənni Pikeni gecə yarısı sevindirib.

Xatırladaq ki, onların ilk övladı da məhz “Quiron Teknon” klinikasında dünyaya gəlmişdi. Amma bu dəfə Şakiranın olduğu mərtəbə bron edilib. Görünür, yaxınları kənar şəxslərin və yanvarın 27-dən klinikanın qarşısında “keşik çəkən” “paparatsilər”in məşhurları narahat etməsindən ehtiyatlanıb.

Qeyd edək ki, Pike və Şakira cütlüyü 2010-cu ildən birlikdə yaşayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm