Belarus qızı: “Azərbaycan mənim də vətənimdir” - FOTOLAR
Bizi izləyin

İdman

Belarus qızı: “Azərbaycan mənim də vətənimdir” - FOTOLAR

Yuliya Ratkeviç Azərbaycan Respublikasının milliləşdirilmiş güləşçisidir. Yunan-Roma üzrə güləş yığmasının üzvüdür. O da İlk Avropa Oyunlarında ölkəmizi layiqli şəkildə təmsil etmək üçün hazırlaşır. Əsas məqsədi mötəbər yarışda Azərbaycana medal qazandırmaqdır.

Artıq 2007-ci ildən ölkəmizin bayrağı altında döşək üzərinə çıxan Yuliya Avropa və dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. London yay Olimpiadasında da bürünc mükafat qazanıb.

Belarus əsilli təmsilçimiz Publika.az-a müsahibəsində zədəsindən, məşqlərindən və Azərbaycanı çox sevməsindən danışıb:

- Məşqlərin necə gedir?

- Yeni ilin əvvəlindən yüngül məşqlərə başlamışıq. Getdikcə yüklənmələr artacaq. Bilirsiz ki, bizi çətin sınaq gözləyir. Bir çox beynəlxalq turnirlərdə özümüzü sınayacağıq. Bundan sonra ən mötəbər turnir olan İlk Avropa Oyunlarında və dünya çempionatında qələbə qazanmaq üçün güləşəcəyik.

- Qolundakı zədən necədir?

- Artıq sağalır. I Avropa Oyunlarına qədər daha yaxşı olacaq.

- I Avropa Oyunlarından söz düşmüşkən, bir medal da səndən gözləyə bilərikmi?

- Bakı 2015-də yığmanın heyətində bir medalı da mən qazanmaq istəyirəm. Buna görə də davamlı məşqlər edirik.

- Keçən il sənin üçün bir o qədər uğurlu olmadı deyə bilərik...

- Düz deyirsiz. Keçən il mənim üçün çox ağır keçmişdi. Yəni zədələrim oldu - başım silkələnmişdi, burnum sınmışdı. Bu il özümü qoruyuram. Allah qoysa, qarşıdakı turnirlərdə də zədə almayıb özümü Avropa Oyunlarına qədər qorumaq fikrindəyəm. İndi Şükür Allaha yaxşıyam.

- Azərbaycana uyğunlaşa bilmisən? Ölkəmizlə bağlı düşüncələrin necədir?

- Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm. Çünki bura mənim ikinci vətənimdir. Həmişə istəyirəm ki, Azərbaycanın bayrağını qaldırım, qələbələr bəxş edə bilim.

- Sənə qarşı münasibət necədir?

- 2007-ci ildən burdayam. Mən Azərbaycanda yaşayıram, ailəm burdadır - Oğlum, yoldaşım... Övladımın adı da Teymurdur. Mən də demək olar ki, azərbaycanlıyam (gülür).

- Yoldaşım azərbaycanlıdır dedin. O da güləşçidir?

- Xeyr başqa sahədə çalışır.

- Bəs Azərbaycan dilində bilirsizmi?

- Bir az bilirəm (gülür).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm