• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Eddi İsrafilov Bakıda - “Bir-birimizi yaxşı başa düşəcəyik”

  • İdman
  • 2 Fevral 2015 15:57
  • 442 Baxış
Eddi İsrafilov Bakıda - “Bir-birimizi yaxşı başa düşəcəyik”

Azərbaycan millisində oynamağa razılıq verən "Qranada"nın futbolçusu Eddi İsrafilov Bakıya gəlib.

Publika.az xəbər verir ki, yarımmüdafiəçi yığmanın baş məşqçisi Robert Prosineçkiylə görüşəcək. İsrafilov zədəli olduğundan, komandasının son oyunlarında iştirak etməyib.

Fürsəti qaçırmayan AFFA-nən rəsmi saytı Eddidən müsahibə alıb.

- Yenidən Azərbaycandasan. Hans hissləri keçirirsən?

- Çox sevinirəm ki, yenidən vətənimə qayıtmışam. Sonuncu dəfə 12 yaşımda Azərbaycanda olmuşam. Ötən illərlə müqayisədə Bakı çox dəyişib, gözəlləşib. Məni və ailəmi yüksək səviyyədə qarşıladığınıza, qəbul etdiyinizə görə təşəkkür edirəm.

- Bura gəlməzdən əvvəl Azərbaycan futbolu haqda nə bilirdin?

- Dediyim kimi, sonuncu dəfə 10 il əvvəl burda olmuşam. Ona görə elə geniş məlumatım yox idi. Lakin Azərbaycan milli komandasında oynamaq təklifi aldıqdan sonra internet vasitəsilə informasiya topladım. Bir çox oyunların epizodlarına baxdım, Azərbaycan çempionatı haqda məlumat əldə etdim. Əlbəttə, qarşıdakı günlərdə daha çox məlumatım olacaq.

- Sənin Azərbaycan milli komandasında oynamağa razılıq verməyin birmənalı qarşılanmadı. Necə oldu ki, təklif aldın?

- Təxminən ilyarım əvvəl AFFA rəsmiləri anamla əlaqə yaratdılar, daha sonra mənimlə danışdılar. Əlbəttə, mən çox sevindim. Çox şad oldum ki, məni milli komandada oynamağa dəvət edirlər. Gördüyünüz kimi, artıq Azərbaycandayam.

- Sənə böyük ümidlər bəsləyən futbolsevərlərə nə demək istərdin?

- Azərbaycan milli komandasının uğurlu çıxış etməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Milli komandanın baş məşqçisi Robert Prosineçki ilə yaxşı münasibətim var. Bir-birimizi yaxşı başa düşəcəyik. Azarkeşlərin və baş məşqçinin mənə olan ümidini doğrultmağa çalışacağam. Milli komandanın formasını geyinəcəyim günü səbirsizliklə gözləyirəm.

- Son oyunlarda zədəli olduğun üçün meydana çıxmadın. İndi özünü necə hiss edirsən?

- Düzdür, zədəli olduğum üçün son oyunlarda komandama kömək edə bilmədim. Artıq zədəm sağalıb. Komanda ilə birgə məşqlərə başlamışam. Baş məşqçi şans verəcəyi təqdirdə növbəti qarşılaşmada oynaya biləcəm. Özümü hazır hiss edirəm.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR